Kiyev ABŞ-ın müttəfiqləri Danimarka və Niderlandın F-16 qırıclarını Ukraynaya göndərməyə icazə verməsi qərarını alqışlayır.
Ukrayna müdafiə naziri Oleksiy Reznikov bunu “Birləşmiş Ştatlkardakı dostlarımızdan əla xəbər” adlandırıb.
Döyüş təyyarələrinin nə zaman Ukrayana çatdırılacağı məlum deyil. Bununla bərabər, ukraynalı pilotlar qırıcıları idarə etmək üçün geniş təlim proqramından keçməlidirlər.
ABŞ rəsmisinə əsasən, döyüş təyyarələrinin müharibənin trayektoriyasını tezliklə dəyişməsinə, ehtimal ki, təsiri olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.