Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsünün bərpası layihəsi faktiki olaraq dondurulub.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən xarici KİV-ə məlumat verilib.
Belə ki, məlumata görə, körpünün yalnız ilkin eskiz variantı mövcuddur.
Həmçinin “Türkiyə tərəfi ilə danışıqlar aparılmır. Yalnız layihə və hesablama sənədləri hazırlandıqdan sonra körpünün bərpasının dəyəri və müddətindən danışmaq mümkün olacaq.”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevral ayında Ankaradakı çıxışında Ankara və İrəvanın Ani körpüsünün olunması ilə bağlı məlumat vermişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.