Kanadanın Britaniya Kolumbiyası və Şimal-Qərb Torpaqları əyalətlərində meşə yanğınlarının söndürülməsi və evakuasiya işləri davam edir. Meşə yanğınlarının sürətlə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il ölkə daxilində baş verən meşə yanğınlarında indiyədək 14 milyon hektar ərazi külə dönüb.
Britaniya Kolumbiyası əyalətində sürətlə yayılan “McDougall Creek” meşə yanğını Trader Cove bölgəsində və Qərbi Kelovna ətrafında bir çox evi yandırıb. Alov kurort kəndinə də keçib.
Britaniya Kolumbiyası Baş naziri David Eby verdiyi açıqlamada yanğınların son 24 saatda sürətlə yayıldığını və vəziyyətin daha da pisləşdiyini bildirib.
Fövqəladə hallar naziri Bovinn Ma 15 min insanın təxliyə edilməsi əmri verildiyini açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.