Kanadanın Şimal-Qərb ərazisi və Britaniya Kolumbiyası əyalətində meşə yanğınlarının söndürülməsi və evakuasiya ilə bağlı işlərin sürətlə davam etdirildiyi bildirilib.
Britaniya Kolumbiyası əyalətinin Baş naziri David Eby meşə yanğınlarının sutka ərzində sürətlə yayıldığını və vəziyyətin daha da pisləşdiyini bildirib.
Təxminən 15 min insanın təxliyə edildiyini bildirən Eby deyib:"Bu vəziyyətə görə bu gecə fövqəladə vəziyyət elan edirik".
CBC News-un yaydığı xəbərdə təxminən 150 min əhalisi olan Kelovna əyalətində baş verən yanğınlar nəticəsində xeyli sayda bina zərər görüb.
Bildirilib ki, Kelovna hava limanında uçuşlar şəhərdəki meşə yanğınları ilə mübarizə çərçivəsində dayandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.