Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstan prezidenti Katalin Novak ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, görüş Macarıstanın paytaxtı Budapeştdə keçirilib.
Belə ki, görüşdə iki ölkə arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğana xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və Türkiyenin Budapeştdəki səfiri Gülşen Karanis Ekşioğlu da müşaiyət edib.
Dövlət başçısı Macarıstana səfəri zamanı bu ölkənin Baş naziri Viktor Orban ilə də görüşüb.
Görüşdə Türkiye ilə Macarıstan münasibətləri müzakirə edilib.
Danışıqlarda Türkiye və Macarıstan münasibətləri ilə yanaşı, Türkiyenin Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələlərinə, regional və beynəlxalq problemlərə baxılıb.
Prezident Ərdoğan Macarıstanda səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç və rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Görüşdə Türkiye-Serbiya münasibətləri və regional məsələlər müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.