Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib ki, iqlim dəyişikliyi uzaq təhlükə deyil, həyatlara və ekosistemlərə təsir edir.
Azadmedia.az TRT-yə istinadən xəbər verir ki, Qebreyesus "X" sosial media platformasındakı paylaşımında iqlim dəyişikliyi ilə bağlı qiymətləndirmələr etdi.
Qebreyesus qeyd edib ki, bütün dünyada dağıdıcı yanğınlar və daşqınlar, həmçinin həddindən artıq isti dalğaları və uzunmüddətli quraqlıqlar var.
Baş katib "İqlim dəyişikliyi uzaq təhlükə deyil. Bu, indi baş verir, həyatlara və ekosistemlərə təsir göstərir. Gəlin bir araya gələk, emissiyaları azaldaq, dayanıqlılığı dəstəkləyək və davamlı irəliləyiş yolu yaradaq" ifadələrindən istifadə edib.
Qebreyesus dünyanın və gənc nəsillərin gələcəyinin iqlimlə bağlı atılacaq bu addımlardan asılı olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.