Cənubi Koreya və Amerika Birləşmiş Ştatları Cənubi Koreyada 11 gün davam edəcək birgə hərbi təlimə başlayıb.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, “Ulchi Freedom Shield” (UFS) adlı hərbi təlimi simulyasiya, birgə döyüş hazırlığı və Ulçi mülki müdafiə manevrlərini əhatə edir.
Belə ki, Cənubi Koreya və ABŞ-ın birgə təşkil etdiyi təlimdə 30 müxtəlif sahə tədqiqatının aparılması planlaşdırılıb.
Həmçinin təlimdə ABŞ və Cənubi Koreyadan başqa, Avstraliya, Kanada, Fransa, İngiltərə, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin, Tailand və BMT-nin Cənubi Koreyadakı komandanlığı iştirak edir.
Qeyd edək ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, UFS çərçivəsində idarə olunan raket hücumları və düşmən döyüş təyyarələri tərəfindən hava məkanının pozulmasına qarşı F-35A, F15K və FA-50 kimi 20 döyüş təyyarəsi ilə də təlim keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.