Şimali Afrikadan gələn yeni isti dalğalarla əlaqədar İtaliyada bir çox şəhər "Qırmızı həyəcan" siqnalı olan ən yüksək risk səviyyəsi siyahısına salınıblar.
Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi tərəfindən avqustun 21-də həddindən artıq istilərlə əlaqədar 12 şəhərdə "Qırmızı həyəcan" elan olunub və bu hesabla bu sıraya daxil olan şəhərlərin sayı 22 avqustdan 16 olub. Ayın 24-ündən isə 17 şəhərdə "Qırmızı həyəcan" tətbiq ediləcək.
“Qırmızı həyəcan” siyahısında olan Roma, Bolonya, Bolzano, Breşiya, Florensiya, Frozinone, Latina, Palermo, Perugia, Rieti, Turin və Veronada şəhərlərinə avqustun 22-dən Genuya, Milan, Neapol, Triesti, 24-ündən isə Venesiya əlavə olacaq.
Qeyd edək ki, Şimali Afrikadan başlayan isti hava dalğasına görə İtaliyada temperatur avqustun 24 və 25-də 38-40, Breşiya və Florensiya şəhərlərində isə 39 dərəcəyə çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.