AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran-Astara Regional Təhsil İdarəsi jurnalistlərlə görüş keçirib - Jurnalistlər təltif olunub

  • + A
  • - A
  • 22-08-2023, 18:55

    Lənkəran-Astara Regional Təhsil İdarəsi jurnalistlərlə görüş keçirib - Jurnalistlər təltif olunub


    Masallı, 22 avqust — Azadmedia.az

    Avqustun 22-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Təhsil İdarəsinin 1 illik fəaliyyəti ilə bağlı regionun bir qrup media nümayəndələri ilə görüş keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, görüşdə 29 müxtəlif media qurumunu təmsil edən jurnalistlər iştirak edib.

    Belə ki, Azadmedia.az-ı xəbər agentliyinin cənub bürosunun rəhbəri Rəmzi Şahverdiyev təmsil edib.

    Görüş zamanı idarə müdiri Regional Təhsil İdarəsinin 1 illik fəaliyyəti dövründə görülmüş işlər barədə yəni işə qəbul (direktor, direktor müavinləri, təsərrüfat müdiri və tədris-yardımçı heyət), vətəndaş müraciətləri, şagird nailiyyətləri, təhsil işçilərinin peşəkar inkişafına yönəlmiş təlim və vebinarlar, MİQ və sertifikasiya üzrə statistika, buraxılış və ali məktəblərə qəbul imtahanının nəticələrinin təhlili, regional təhsil idarəsinin tabeliyində olan ümum təhsil müəssisələrinin təmir-tikinti, istilik təminatı və məktəbli formasına keçid ilə bağlı hesabat xarakterli məlumat verilib.

    Vurğulanıb ki, hər daim davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, həm də, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir. Hamımız yaxşı bilirik ki, bütün bunların qarantı dövlətimizin başçısı prezident İlham Əliyevdir.

    Həmçini Media nümayəndələrini maraqlandıran müxtəlif sual və təkliflər cavablandırılıb.

    Sonda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Astara rayonu dənizkənarı park-bulvar kompleksində keçirilən təhsil festivalında göstərdikləri dəstəyə görə bir qrup media nümayəndələri Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

    Qeyd edək ki, Azadmedia.az-ın cənub bürosunun təmsilçisi Ş.Rəmzi də qurum adına “Təşəkkürnamə” yə layiq görülüb.

    Sonda Lənkəran-Astara Regional Təhsil İdarəsi görüşdə iştirak edən bütün media nümayəndələrinə təşəkkür edib və işlərində uğurlar arzu edib.

    Azadmedia.az rəhbərliyi və kollektivi adına Ş.Rəmzi və təltif olunan bütün jurnalistləri təbrik edir, işlərində nailiyyətlər diləyirik.




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR