Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev avqustun 23-də Füzuli rayonuna gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti Şövkət Mirziyayevi və xanımı Ziraatxan Mirziyayevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.