AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzaya uğrayan təyyarədə Priqojin də olub - hamı ölübmüş...

  • + A
  • - A
  • 23-08-2023, 22:33

    Qəzaya uğrayan təyyarədə Priqojin də olub - hamı ölübmüş...


    Rusiyanın Tver vilayətində qəzaya uğrayan “Embraer Legacy” təyyarəsinin sərnişinləri arasında “Vaqner” muzdlularının sahibi Yevgeni Priqojin də var.

    Bu barədə "Interfax", TASS və RİA agentlikləri Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən bildirib.

    “Bu gecə Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısında Yevgeni Priqojinin adı və soyadı da var”, - deyə idarədən bildirilib.

    Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində üç ekipaj üzvü olmaqla 10 nəfər olub. İdarədən bildirilib ki, ilkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub.

    xxx

    21:05

    Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında 10 nəfər ölüb.

    Bu barədə Rusiya FHN məlumat yayıb.

    Baza teleqram kanalının məlumatına görə, təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olub.

    xxx

    20:45

    Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb.

    Tyyarədə 7 nəfər olub. Onlardan üçü dünyasını dəyişib.

    Daha dörd nəfərin taleyi naməlumdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR