AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurmalara səbəb olacaq - Baqiri

  • + A
  • - A
  • 23-08-2023, 23:36

    Bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurmalara səbəb olacaq -



    Ümumi sərhədlərdə sülhün və təhlükəsizliyin bərqərar olması yalnız qonşu dövlətlərin birliyi ilə mümkündür. Bölgədə əcnəbilərin olması gərginlik və qarşıdurmalara səbəb olacaq.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri deyib.

    Məlumatda ötən gün Məhəmməd Bagiriylə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olduğu xatırladılıb.

    Bagiri iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın və əlaqələrin səviyyəsinin bütün sahələrdə inkişaf etdiyini bildirib. Həmçinin, İslam Respublikası Silahlı Qüvvələrinin Bakıda keçiriləcək birgə hərbi komissiyada iştirak etməyə hazır olduğunu açıqlayıb.

    Azərbaycanın müdafiə naziri isə ölkənin İranla ikitərəfli hərbi və müdafiə əməkdaşlığını genişləndirməyə hazır olduğunu bildirib:

    “Biz İranı dost ölkə hesab edirik və Tehranla bütün sahələrdə müdafiə əməkdaşlığını alqışlayırıq”.

    Məlumatda Z.Həsənovun Bagirini Bakıya dəvət etdiyi qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR