AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səudiyyə Ərəbistanı Çin dili proqramının tətbiqi barədə göstəriş verib - SON DƏQİQƏ

  • + A
  • - A
  • 24-08-2023, 15:48

    Səudiyyə Ərəbistanı Çin dili proqramının tətbiqi barədə göstəriş verib -


    Səudiyyə Ərəbistanının Təhsil Nazirliyi krallığın bütün özəl və dövlət məktəblərinə Çin dili proqramının tətbiqi barədə göstəriş verib.

    Azadmedia.az xarici KİV-ə istinadla aldığı məlumata görə, Səudiyyə Ərəbistanı məktəblərində Çin dili dərslərinin tətbiqi ilə bağlı qərar krallığın vəliəhdi və baş naziri Məhəmməd ibn Salman əl-Səudun Çinə səfəri zamanı verilib.


    Belə ki, vəliəhdin səfəri zamanı Riyad və Pekin krallığın məktəb və universitetlərində bütün səviyyələrdə Çin dilinin tədris planına daxil edilməsinin hazırlanması barədə razılığa gəliblər.

    Həmçinin Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin direktivinə əsasən, hər bazar və bazar ertəsi günlərin dördüncü dərsi məktəblərdə Çin dilinin öyrənilməsinə həsr olunmalıdır.

    Qeyd edək ki, Krallığın bütün təhsil şöbələri orta məktəb şagirdləri üçün ixtisaslaşdırılmış siniflər çərçivəsində ikinci sinifdə Çin dili proqramını həyata keçirməyə hazırlaşır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR