Yaponiya, ABŞ və Kanada Sakit okeanda Kuril adalarının şərqindəki sulardan Honsyu adasının cənubundakı ərazilərə qədər uzanan zonada birgə hərbi dəniz təlimlərinə başlayıblar. Bu barədə Kanadanın Özünümüdafiə Dəniz Qüvvələri məlumat yayıb.
Azadmedia.az TRT-yə istinadla xəbər verir ki, “Noble CHİNOOK” təlimi avqustun 28-də başa çatmalıdır. Yaponiya tərəfdən “Hyuga” helikopter daşıyıcısı, ABŞ-dan “Arleigh Burke” sinifli “Benfold” esminesi, Kanadadan “Halifax” sinifli Ottava və Vankuver freqatları və təchizat gəmisi “MV Asterix” təlimlərdə istifadə olunur.
Açıqlamaya görə, təlimlərin məqsədi üç ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirməkdir. Xüsusilə dənizçilər yerüstü hədəfləri məhv etmək üçün bacarıqlarını tətbiq edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.