AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Ukrayna pilotlarına F-16 qırıcı təyyarələrinin təlimini keçəcək - Pentaqon sözçüsü

  • + A
  • - A
  • 25-08-2023, 19:01

    Bu ölkə Ukrayna pilotlarına F-16 qırıcı təyyarələrinin təlimini keçəcək -


    ABŞ Ukrayna pilotlarına F-16 qırıcı təyyarələrinin təliminə başlayacağını açıqlayıb.

    Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder Arizona ştatının Tucson şəhərində ukraynalı pilotlar üçün planlaşdırılan F-16 təlimləri haqqında məlumat verib.

    Belə ki, Ukraynalı pilotlara F-16 təlimi keçməyə başlayacaqlarını ifadə edən Rayder bu təlimin "Ukraynanın uzunmüddətli müdafiəsini inkişaf etdirmək və gücləndirmək üçün beynəlxalq səyləri dəstəklədiyini" söyləyib.

    Bundan başqa Rayder həmçinin bildirib ki, oktyabrda başlaması gözlənilən uçuş təlimindən əvvəl ukraynalı pilotlar Sankt-Peterburqda təlim keçiblər. O, Antonio şəhərindəki Lackland Basedə ingilis dili təhsili alacaqlarını bildirib.

    “ABŞ tərəfindən keçilən təlim Avropada davam edən F-16 təlimini tamamlayacaq və Danimarka və Hollandiyanın rəhbərlik etdiyi F-16 təlimlərinə dəstəyimizi daha da artıracaq”, - deyə rayden qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR