AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Nizami Səfərov - “Azərbaycan-Özbəkistan münasibətləri surətlə inkişaf edir”

  • + A
  • - A
  • 25-08-2023, 21:51

    Deputat Nizami Səfərov - “Azərbaycan-Özbəkistan münasibətləri surətlə inkişaf edir”

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

    Bakı, 25 avqust — Azadmedia.az

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, dost və qardaş dövlətin başçısının Prezident seçilməsindən sonra ilk rəsmi səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır.

    Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici siyasət strategiyasında Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin surətli inkişafına xüsusi önəm verilir və bu istiqamətdə Özbəkistanla Azərbaycan arasında olan münasibətlər əhəmiyyətli bir nümunədir.
    Ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrində ciddi potensial mövcuddur. 2023-cü ilin altı ayında ticarət dövriyyəmiz 188 milyon dollar təşkil edib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% artim deməkdir. Azərbaycanda Özbəkistan kapitallı 72 şirkət, qardaş ölkədə isə 263 Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir.

    Azərbaycanın Özbəkistana ixracı 2016-cı illə müqayisədə 2022-ci ildə 14 dəfə artıb və 46,45 milyon ABŞ dolları təşkil edir. Həmçinin Özbəkistanda istehsal olunan məhsulların olkəmizə idxalı 2022-ci ildə 136,85 milyon ABŞ dolları həcmində olub.
    Qeyd etmək lazımdır ki, iki ölkə arasında əməkdaşlığın möhkəm hüquqi bazası mövcuddur. 160-dan çox sənədin, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair” Bəyannamənin imzalanması nümayiş etdirir ki, ikitərəfli münasibətlər durmadan inkişaf edir.

    Hazırki səfər çərçivəsində yeni mühüm sənədlərin,“Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilənin”, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokolun”, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Sazişin”, “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Sazişin”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsinin” və bir sıra başqa sənədlərin imzalanması, əyani formada nümayiş etdirir ki, dünyada cərəyan edən qlobal proseslərin fonunda dövlətlərimiz inamla qələcəyə addımlayırlar və mühüm inkişaf dinamikasını nümayış etdirirlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR