Özbəkistan Prezidenti Şövkət Mirziyayev administrasiyasında bir sıra təyinatlar həyata keçirib.
Azadmedia.az xəbər verir ki, dövlət başçısının fərmanı ilə Özbəkistan liderinin köməkçisi yerinə onun böyük qızı, 38 yaşlı Səidə Mirziyayeva təyin edilib.
Qeyd edək ki, buna qədər Özbəkistan prezidentinin qızı onun administrasiyasının rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edib. Səidədən başqa, Əziz Maqrupov yenidən Mirziyayevin köməkçisi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.