“Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümündə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generalı Averyanovun əli ola bilər.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV Böyük Britaniya kəşfiyyatındakı mənbəyə istinadən yazıb.
Belə ki, məlumata görə, bu generalı Sergey Skripalın zəhərlənməsində də günahkar bilirlər:
“Averyanovun Priqojinlə haqq-hesabı olub. Bu generalın Solsberinin zəhərlənməsində də əli olduğu iddia olunur”.
Qeyd edək ki, kəşfiyyatda hesab edirlər ki, Priqojinin “öhdəsindən” gəlməklə Averyanov “Vaqner”in Afrikadakı muzdlularını idarə edə biləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.