Rusiya İstintaq Komitəsi Tverdə qəzaya uğrayan təyyarə ilə bağlı bəyanat yayıb.
Bəyanatda qəzanın baş verdiyi ərazidə 10 nəfərin cəsədinin tapıldığı bildirilib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi Tverdə qəzaya uğrayan təyyarə ilə bağlı təfərrüatlı araşdırmanın davam etdiyi bildirilib.
Belə ki, bəyanatda təyyarəyə aid qara qutunun tapıldığı qeyd olunub.
Qeyd edək ki, "Hazırda qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan əşyalar və sənədlər də götürülür, lazımi məhkəmə-tibbi ekspertiza təyin olunacaq. Bütün mümkün variantlar istintaq çərçivəsində diqqətlə yoxlanılacaq”, - deyə Rusiya İtrintaq Komitəsindən verilən bəyanatda bildirilib.
Qəzanın baş verdiyi ərazidə 10 nəfərin cəsədinin tapıldığı və qurbanların şəxsiyyətlərinin müəyyən edilməsi üçün molekulyar genetik testlər aparıldığı qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.