Dünyada meymun çiçəyi virusundan 156 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında meymun çiçəyi virusu ilə bağlı son vəziyyət haqqında məlumat verib.
Tedros Adhanom Qebreyesus deyib: "İndiyədək 114 ölkədə 90 000-dən çox meymun çiçəyi virusuna yoluxma halı ilə bağlı məlumat daxil olub. Epidemiya nəticəsində 156 nəfər həyatını itirib''.
Xüsusilə Asiyada son 2 ayda epidemiyaya yoluxma hallarının sayında böyük artım olduğunu ifadə edən Qebreyesus Afrikadan müntəzəm olaraq epidemiya ilə bağlı məlumat əldə etdiklərini söyləyib.
Qebreyesus deyib: "Yeni növ koronavirus (COVID-19) epidemiyası dövründə etdiyimiz kimi ölkələrin meymun çiçəyi virusunu idarə edilmələrinə dəstək verəcəyik''.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.