AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin Ukraynada qalib gəlsə, bu, bütün dünyada demokratiya üçün fəlakət olacaq - Conson

  • + A
  • - A
  • 27-08-2023, 09:09

    Putin Ukraynada qalib gəlsə, bu, bütün dünyada demokratiya üçün fəlakət olacaq -


    “Vaqner”in rəhbəri Yevgeni Priqojinə mümkün sui-qəsd Rusiya Prezidenti Vladimir Putinin göstərişi olmadan baş verə bilməzdi. Bu, onu göstərir ki, Putinlə danışıqların mənası yoxdur.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

    Belə ki, “Putin özünü qanqster kimi göstərdi və onun vaqnerçilərə televiziya vasitəsilə verdiyi absurd başsağlığı sadəcə olaraq “Xaç atası” filminin səhnəsindən götürülüb.

    Həmçinin bu cinayətlərlə Putin gözümüzün qabağında Asiya despotuna çevrilir, o, burada kimin ağa olduğunu göstərmək üçün keçmiş sevimli kadrını öldürdü”, - Conson köşə yazısında qeyd edib.

    Eyni zamanda, o bildirib ki, Putin Ukraynada qalib gəlsə, bu, bütün dünyada demokratiya üçün fəlakət olacaq:

    “Putin qalib gəlsə, bu, “Qərbə etibar etmək olmaz” deyənlər üçün bəhanə olardı”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR