Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Pentaqonun qüvvələrin bir istiqamətdə cəmləşdirilməsi ilə bağlı tövsiyələrinə məhəl qoymayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Belə ki, Amerika hərbçiləri Rusiyanın müdafiə xəttini yarmağa çalışmaq üçün maksimum sayda qüvvələri cəbhənin bir sektorunda cəmləməyi təklif edib. Lakin Ukrayna komandanlığı qoşun və texnikanı Şərq və Cənub istiqamətlərində bərabər bölməyə çalışıb.
Həmçinin Sırski bildirib ki, raket və artilleriya zərbələri vəziyyətində Ukrayna ordusu müdafiəni möhkəmləndirməli və mümkün olan istiqamətlərdə irəliləməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.