Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Rusiyanın Krım tatarlarına münasibətini şiddətlə qınadıqlarını bildirib.
Azadmedia.az xəbər verir ki, o bu barədə Entoni Blinken rəsmi ''X'' səhifəsində paylaşım edib.
Belə ki, “Amerika Birləşmiş Ştatları Rusiyanın Krım tatarlarına qarşı davam edən təqiblərini, o cümlədən yeni kütləvi həbsləri kəskin şəkildə pisləyir”,-deyə Entoni Blinken paylaşımında qeyd edib.
Entoni Blinken bildirib ki, Rusiya Krım tatarlarına qarşı təqiblərinə və Ukraynanın işğalına son qoymalıdır.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi həmçinin Krımdakı bütün siyasi məhbusların azad edilməsi ilə əlaqədar çağırış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.