AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət müstəqilliyinin bərpası tarixi nailiyyətdir

  • + A
  • - A
  • 30-08-2023, 11:29

    Dövlət müstəqilliyinin bərpası tarixi nailiyyətdir


    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    XX-ci əsrin sonlarında baş verən qlobal dəyişikliklər və yaranmış tarixi şərait Azərbaycana müstəqillik qazanmaq şansı verdi. Xalqımızın müstəqillik arzularının gerçəkləşməsi ağır sınaqlarla üzləşib, uzun illərdən böyü gözlədiyimiz nəticələrə qətirib çıxardı.
    1991-ci il avqustun 30-da xalqın təkidli tələbi ilə çağırılanAli Sovetin növbədənkənar sessiyası Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsünə əsasən “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannaməni qəbul etdi.Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.
    Birmənalı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fədakar fəaliyyəti nəticəsində və onun rəhbərliyi ilə yeni müstəqil dövlətçilik konsepsiyası formalaşdı və inkişaf etdirildi.
    Ulu Öndərin tarixi missiyasının qerçəkləşməsi bir çox əlamətdar hadisələrlə xarakterizə olunur. Onun 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə yekdilliklə seçilməsi taleyüklü məsələlərinin həlli üçün ən mühüm faktorlardan biri olmuşdur. Ulu Öndərin dediyi kimi, “Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin icrasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağıAli Məclisin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq olundu. 1991-ci il fevral ayının 5-də muxtar respublikanın vəsatətinə baxaraq, Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edib, üçrənglibayrağı yenidən Dövlət bayrağı elan etmişdir.
    Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu.Ümummilli Lider bununla bağlı qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
    Ümumiyyətlə, Ümummilli Liderinsiyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı, onun uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğu prosesi böyük uğurla həyata keçirilməyə başladı və müasir dövlətçiliyin fundamental prinsipləri bərqərar olundu. Azərbaycanın siyasi tarixinin çox çətin və mürəkkəb bir zaman kəsiyində Ulu Öndərxilaskarlıq missiyasını böyük uğurla həyata keçirmişdir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR