AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhidlər Məscidində “Bütün Şəhidləri Anma, Xətm və Dua” tədbiri keçirildi - ÖZƏL

  • + A
  • - A
  • 30-08-2023, 11:50

    Şəhidlər Məscidində “Bütün Şəhidləri Anma, Xətm və Dua” tədbiri keçirildi -


    Bakı, 30 avqust — Azadmedia.az


    Şəhidlər Məscidində “Bütün Şəhidləri Anma, Xətm və Dua” tədbiri keçirildi.
    Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşavirliyi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Şəhidlər məscidində “Bütün Şəhidləri Anma, Xətm və Dua” adlı tədbir keçirildi.
    Türkiyə Səfirliyinin Dini İşlər Üzrə Müşaviri İhsan Açık tədbiri giriş sözüylə açaraq ikinci dəfə olaraq keçirilən və hər ayın son bazar günü keçirilməsi planlanan tədbirin əsas məqsədi şəhidlərimizə vəfa göstərmək, onları unutmamaq və unutdurmamaq olduğunu bildirib. Quran ziyafəti təşkil edərək, xətmlər endirərək bütün şəhidlərimizə ən gözəl hədiyyə göndəririk.

    Rəbbim bizləri Qur`anı gözəl oxumağı, anlamağı və Qur`anı ən gözəl şəkildə yaşaya bilməyi bizə və nəslimizə nəsib eyləsin.
    Daha sonra çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov: Şəhidlər bir millətin dövlət olmaq üçün verdiyi bir bədəldir. Biz bugün bütün dünyada alnıaçıq, üzü ağ şəhidlərimizin sayəsində yaşayırıq. Şəhidlər bizim ən qiymətli sərvətimizdir. Biz şəhidlərimizdən necə yaşamağı, necə savaşmağı, vətəni necə qorumağı, Allah yolunda savaşmağı öyrəndik. Şəhidlərimizi yad etmək, onları anmaq, onların getdiyi yolla getmək bizim çiyinlərimizə düşən əsas vəzifə olduğunu bildirib.
    Qafqaz Müsəlmanları İdarəsinin Qəbələ bölgə qazısı, Ceyhun Rüstəmov çıxışında: Vətən, millət bir bədəndə cəsədlə ruh kimidir. Bu baxımdan Allah Təalanın bizə məkan seçdiyi bu vətəni qorumaq, tanıtmaq, müdafiə etmək bizlərin üzərinə düşən bir borcdur. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi dualarımızda, ibadətlərimizdə hər zaman onları xatırlamaq bizim həm dini, həm də vətəndaş olaraq borcumuzdur.
    Torpaqlarımızın müstəqilliyi və bölünməz bütünlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin ruhlarına ithafən Diyanət İşləri Başqanlığının Müshəfləri İncələmə və Qiraət Şurasının üzvü Ferruh Şen, Hacı Bayram Vəli Məscidinin Baş İmamı Ahmet Karalı, Ahmet Hamdi Akseki Məscidinin İmamı Muhammed Mansur Sağır, Heydər Məscidinin İmamı Rza Rzayev tərəfindən Qur`ani-Kərim oxundu.
    Daha sonra Hacı Bayram Vəli Məscidinin Baş İmamı Ahmet Karalı oxunan xətmlərin duasını etdi, bütün şəhidlərimizə dualar edildi. Tədbirin sonunda şəhid ailələrinə Qur`ani-Kərim hədiyyə olundu.
    Allah bütün şəhidlərimizə rəhmət eyləsin!







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR