AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LANDCOM Türkiyəni 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib - KİV

  • + A
  • - A
  • 30-08-2023, 14:47

    LANDCOM Türkiyəni 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib -



    NATO Müttəfiq Quru Qoşunları Komandanlığı (LANDCOM) Türkiyəni 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.
    Azadmedia.az xəbər verir ki, keçən il də oxşar mesajla 30 avqust Zəfər Bayramı münasibətilə Türkiyəni təbrik edən,ancaq Yunanıstanın etirazından sonra sosial mediadan təbrik mesajını silən LANDCOM bu il türk dilində etdiyi paylaşımda “Zəfər bayramınız mübarək olsun” ifadələrinə yer verib.
    Belə ki, "Bu özəl gündə bizə ev sahibliyi etdiyi üçün Türkiyəyə minnətdarıq. Türkiyə 1952-ci ildə NATO-ya üzv olduqdan sonra bir çox əməliyyat və təlimlərdə iştirak edib, əsgərləri hər zaman böyük peşəkarlıq və əzm nümayiş etdirib. Türkiyə və NATO birlikdə daha güclüdür və təhlükəsizdir'',-deyə LANDCOM-un rəsmi ''X'' səhifəsində edilən paylaşımda vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR