AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran şəhər Mədəniyyət Mərkəzində Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib - Fotolar

  • + A
  • - A
  • 31-08-2023, 00:49

    Lənkəran şəhər Mədəniyyət Mərkəzində Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib -

    Bakı, 31 avqust — Azadmedia.az

    Avqustun 30-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində 2022-2023-cü tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini gümüş və qızıl nişanla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, mükafatlandırma tədbirində müxtəlif nominasiyalar üzrə 83 nəfər olmaqla ümumilikdə 75 məzun iştirak edib:

    - 600 baldan yüksək nəticə göstərən 48 məzun;
    - Respublika Fənn Olimpiadalarında qalib olmuş 19 şagird;
    - Orta məktəbi qızıl nişanla bitirən 1 məzun;
    - Orta məktəbi gümüş nişanla bitirən 1 məzun;
    - Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində bürünc medal qazan 1 şagird;
    - Beynəlxalq fənn müsabiqələrində qalib olan 2 şagird;
    - Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqəsində qalib olan 3 şagird;
    - IV siniflər üzrə milli qiymətləndirmədə yüksək nəticə əldə edən 8 şagird.
    Tədbirdə millət vəkili – Ziyafət Əsgərov, Lənkəran Dövlət Universitetinin rektoru, yerli icra hakimiyyətinin nümayəndələri, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin rəisi regionda fəaliyyət göstərən ali təhsil ocaqlarının, kollec və peşə liseylərin müdirləri iştirak edib.

    Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovun çıxış nitqi ilə açıq elan edilib. Mükafatlanma mərasimində iştirak edən millət vəkili Ziyafət Əsgərov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Lənkəran Dövlət Universitetinin prorektoru, şəhid atası Kamran Kazımov, Astara Pedaqoji Kollecin müdiri Ağababa İbrahimov, məzunların valideynləri və digər tədbirin qonaqları yüksək nailiyyət əldə edən şagirdləri öz çıxışlarında təbrik ediblər.

    Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim olunub. Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov Respublika Fənn Olimpiadasında qızıl medala layiq görülmüş, “TK MMC”-nin müdiri Emin Bağırov isə ümumtəhsil müəssisəsini qızıl nişanla bitirən və ali təhsil müəssisələrinə qəbul imtahanında region üzrə ən yüksək nəticə toplayan 3 şagird xüsusi hədiyyələrlə təltif edib.

    Tədbirin bədii hissəsində respublika incəsənət festival-müsabiqəsinin qalibi Cəlilabad rayonun Kazımabad kənd tam orta məktəbinin məzunu Cəfər Əliyev, Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət rəqs qrupu çıxış ediblər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR