“Naxçıvanda çox önəmli layihələr həyata keçirəcəyik”.
Bunu Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya deyib.
“Burada fəaliyyətə başladığımdan gündən Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələri hər sahədə genişləndirməyə çalışıram.
Naxçıvandan Türkiyəyə və ya Türkiyədən Naxçıvana uzun illərdir, geniş tərkibli işgüzar səfərlər olmayıb. Türkiyədən çox sayda iş adamı və ya müxtəlif qruplar buraya səfərə gəlirlər. İnşallah, bu səfərlərin intensivləşməsinə dəstək olacağıq. Gələcəkdə rəsmi səfərlərin də çox olacağına ümid edirik”, - Baş konsul vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.