Bugünlərdə Ermənistan və Yunanıstanın müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.
Azadmedia.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Belə ki, məlumata görə, Ermənistan hökumətinin bugünkü iclasında sazişin təsdiqi məsələsi müzakirə olunacaq:
Qeyd edək ki, “Sazişə əsasən, Yunanıstan Ermənistanı İrəvanda sursat istehsalı üçün texniki vasitələrlə təmin etməlidir. Sazişdə silah, sursat və partlayıcı maddələrin istehsalı üçün texnologiya və texniki dəstəyin ötürülməsi, döyüş sursatı istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi təyinatlı məhsullar və onların istehsalı sahəsində tədqiqatlar, onların istehsalı üçün birgə təşkilatların yaradılması nəzərdə tutulub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.