Böyük Britaniyanın müdafiə naziri Ben Uolles vəzifəsindən istefa verib.
Ben Uolles bununla bağlı Baş nazir Rishi Sunaka məktub ünvanlayıb.
Ben Uolles məktubunda bildirib ki, Böyük Britaniya ordusu xüsusilə Ukrayna-Rusiya müharibəsindən sonra hörmətəlayiq orduya çevrilib.
Ben Uolles deyib:“Bilirəm ki, müdafiə xərclərinin özbaşına qəbul edildiyi günlərə qayıtmaq istəmirsiniz''.
On ildən sonra dünyanın daha etibarsız və qeyri-sabit olacağına inandığını ifadə edən Ben Uolles deyib: “İkimiz də bilirik ki, bu gün gələcəyə sərmayə qoymağın vaxtıdır”.
1991-ci ildə orduya qatılan Ben Uolles özünü ölkəsinə xidmətə həsr etdiyini bildirib.
Nazir Ben Uollesin istefasını qəbul edən Rişi Sunak deyib:''Bu çətin vəzifəni 8 ildir ki, icra edirsiniz. Bu səbəbdən istefa etməyinizi anlayıram. Sizə minnətdarıq''. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.