“Türkiyə və Rusiya Prezidentləri arasında keçiriləcək görüş Rusiyanın taxıl sazişinə geri döndüyünü görmək üçün son şansdır”.
Bunu Ukraynanın XİN rəhbəri Dmitri Kuleba İspaniyada keçirilən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.
“Sentyabr ayı taxıl sazişi baxımından çox vacib olacaq. Bilirik ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Bu, Rusiyanın taxıl sazişinə geri döndüyünü görmək üçün sonuncu şansdır”, - deyə Kuleba qeyd edib.
Xatırladaq ki, Rusiya iyulun 17-si “Qara dəniz taxıl təşəbbüsü”nü tərk etməsi ilə bağlı BMT, Türkiyə və Ukraynanı məlumatlandırıb.
Onu da qeyd edək ki, Rusiya və Türkiyə Prezidentləri arasında görüş sentyabrın 4-ü Soçidə baş tuta bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.