Müttəfiqlərin Ukraynaya hərbi yardımda tərəddüd etməsi Kiyevə etimadsızlıq yox, Rusiya qorxusudur.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Belə ki, Danilov Berlini qorxmamağa və "Taurus" raketlərini Ukraynaya verməyə çağırıb:
“Bəziləri Rusiyanı qəzəbləndirməkdən qorxurlar, bu, tamamilə yanlışdır. Xatırlatmaq istəyirəm ki, hamı Hitlerdən qorxurdu və sonunun necə bitdiyi məlumdur. Əgər qorxursunuzsa, məğlub olmağınız qaçılmazdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.