Ukraynaya yardımla bağlı “Ramşteyn” bazasındakı görüş sentyabrın 19-da baş tutacaq.
Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.
Belə ki, “ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna üzrə təmas qrupunu “Ramşteyn” bazasında növbəti toplantıya dəvət edib”, - deyə məlumatda qeyd olunub.
Həmçinin məlumata görə, əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də görüşə NATO üzvü olmayan ölkələr də dəvət edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.