AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna hansı sərhədlərlə NATO-ya daxil olacağına özü qərar verməlidir - Landovski

  • + A
  • - A
  • 31-08-2023, 20:50

    Ukrayna hansı sərhədlərlə NATO-ya daxil olacağına özü qərar verməlidir -



    Ukrayna hansı sərhədlərlə NATO-ya daxil olacağına özü qərar verməlidir, lakin bu sərhədlər sabit olmalıdır.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Çexiyanın NATO-dakı nümayəndəsi Yakub Landovski deyib.

    Belə ki, "Qeyri-sabitliyə və düşmənçiliyə son qoyulmalıdır. Amma sonda sərhədin haradan keçməli olduğu sualına cavab verən yeganə tərəf Ukraynadır", - deyə diplomat bildirib.

    Həmçinin onun fikrincə, hərbi əməliyyatlar bitəndə və Ukrayna sərhədləri sabitləşəndə ​​Kiyev Şimali Atlantika Alyansına qoşula biləcək.

    Eyni zamanda, Çexiya nümayəndəsinin sözlərinə görə, Moskva ilə tam hüquqlu sülh sazişi NATO-ya üzvlük üçün lazımi şərtlərə daxil deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR