Bakı, 1 sentyabr — Azadmedia.az
Masallıda tələbə-könüllülər təltif edilib.
Avqustun 31-də Masallı rayon Heydər Əliyev Mərkəzində aktiv fəaliyyət göstərən bir qrup tələbə-könüllülərə“Sertifikat”lar təqdim edilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, Masallıda gənclərin hərtərəfli inkişafına yaradılan şəraitdən, onların bilik və bacarıqlarının dəstəklənməsindən danışıb.
Qeyd olunub ki, Masallı rayon Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və fəal könüllülərin dəstəklənməsidir.
Sonra gənclərin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini artırmaq, eləcə də onların kompüterdə sərbəst, səlis və cəld işləmək bacarıqlarını təkmilləşdirmək məqsədilə mərkəzdə fəaliyyət göstərən “Kompüter” kurslarını bitirənlərə “Sertifikat”lar təqdim olunub.