AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Terrorla mübarizədə qardaş Pakistanın yanında olduğumuzu bir daha bildiririk - TÜRKİYƏ XİN

  • + A
  • - A
  • 3-09-2023, 09:26

    Terrorla mübarizədə qardaş Pakistanın yanında olduğumuzu bir daha bildiririk -


    Türkiyə Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin hücumunu sərt şekildə qınayıb.

    Azadmedia.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada "Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu rayonunun Cani Khel bölgəsində hərbi konvoyun keçidi zamanı həyata keçirilən intihar hücumu nəticəsində 9 əsgərin şəhid olduğunu, 5 əsgərin isə yaralandığını derin kədərlə öyrəndik. Sözügedən hücumun sərt şəkildə qınayırıq.

    Türkiyə olaraq terrorla mübarizədə qardaş Pakistanın yanında olduğumuzu bir daha bildiririk. Şəhidlərə Allahdan rəhmət, dost və qardaş Pakistan xalqına və hökumətinə, xüsusilə onların yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirik" deyilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR