Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinə səfəri çərçivəsində Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak edib. Nazir bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
“Bu gün Çində daha bir Azərbaycan Ticarət Evi açılıb, birincisi Pekindədir. Ticarət Evinin fəaliyyəti Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin şaxələnməsinə və ticarətin artmasına töhfə verəcək”, - deyə nazir yazıb.
Qeyd edək ki, nəqliyyat sektorunda, xüsusən də “Bir kəmər - bir yol” layihəsi çərçivəsində əməkdaşlıq Çindən Azərbaycandan keçməklə Qərbə yükdaşımaların həcminin artmasına səbəb olub. İki ölkə arasında ticarət dövriyyəsi də son bir ildə artım nümayiş etdirib. Təbii ki, bütün dünyanı şoka salan COVID-19 pandemiyası Azərbaycan və Çin arasında əməkdaşlığa təsir etməyə bilməzdi. Bununla belə, pandemiyadan əvvəlki səviyyələrlə müqayisədə 2022-ci ildə iki ölkə arasında ticarət kəskin azalma göstərərək 2,15 milyard dollar (2019-cu ildə 2,18 milyard dollar) təşkil edib. Beləliklə, 2022-ci il üçün rəqəm illik müqayisədə 20,7 faiz artıb (2021-ci ildə 1,78 milyard dollar).
Xatırladaq ki, 2021 və 2022-ci illərdə Çin Azərbaycanın əsas ticarət tərəfdaşları arasında dördüncü yeri tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.