Avropada yaradılacaq təhlükəsizlik sistemi bütün Avropa ölkələrinin, o cümlədən Rusiyanın maraqlarını nəzərə almalıdır.
Azadmedia.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Ketrin Kolonna deyib.
Belə ki, “Rusiya var və olacaq. Tarix və coğrafiya göstərir ki, ölkənin əhəmiyyətli bir hissəsi Avropada yerləşir. Onunla birlikdə biz sabitliyin təmin edilməsi sahəsində bütün tərəflərin maraqlarını nəzərə alan güclü təhlükəsizlik arxitekturasını bərpa etməyin yolunu tapmalı olacağıq”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.