İrəvanın Şenqavit rayon məhkəməsinin üzərində Kolumbiya bayrağı qaldırılıb.
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
"Yaşasın Venesuela və ya sabah gələcək başqa bir respublika", - deyə erməni siyasətçi Tiqran Petrosyan da feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, Ermənistan bayrağı tərs şəkildə Kolumbiya bayrağına oxşayır. Venesuela bayrağını isə tərs çevrilmiş Ermənistan bayrağından ulduzlarının olması fərqləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.