AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərzaq karvanı Ağdam-Xankəndi yolunda 8 gündür gözləyir

  • + A
  • - A
  • 5-09-2023, 09:25

    Ərzaq karvanı Ağdam-Xankəndi yolunda 8 gündür gözləyir


    Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən 40 ton un, artıq 8-ci gündür ki, mənzil başına çatmaq üçün aparılan danışıqların nəticəsini gözləyir.

    İçərisində 40 ton un olan yük avtomobilləri, avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda Rusiya sülhməramlı kondingentinin postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidə yaşayan erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

    Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR