"Türkiyənin Rusiya və Ukraynadan Qara dəniz vasitəsilə taxıl daşınmasını tənzimləyən Qara Dəniz Taxıl Təşəbbüsünü yenidən uyğunlaşdırmaq səyləri vacibdir".
Azadmedia.az trt-yə istinadla bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok paytaxt Berlində ölkəsini ziyarət edən rumıniyalı həmkarı Luminita Odobescu ilə görüşdükdən sonra verdiyi açıqlamada deyib.
Nazir Rumıniyanın yüz minlərlə ukraynalı qaçqına ev sahibliyi etdiyini, ukraynalı F-16 döyüş təyyarəsi pilotlarına təlimlər çərçivəsində Rusiyanın təcavüzünə qarşı Ukraynaya kömək etdiyini bildirərək, "Rusiyanın Qara dənizdəki hərbi gəmiləri silahlarını taxıl daşıyıcılarına yönəltdi və taxıl ötürmə məntəqələrini bombala" deyib.
Berbok Dunaydakı limanların milyonlarla ton taxıl üçün son dərəcə əhəmiyyətli mərkəzlərə çevrildiyini və Rusiyanın onları dron və bombalarla məhv etmək istədiyini qeyd edib.
Nazir Berbok Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyində Türkiyənin səyləri ilə həyata keçirilən Qara Dəniz Taxıl Müqaviləsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinin mövqeyini tənqid edib.
“Türkiyənin razılaşmanı bərpa etmək üçün göstərdiyi səylər vacibdir. Sadəcə Putinə görə yük maşınları yenidən sərbəst keçə bilmir”, deyə Almaniyanın xarici işlər naziri qeyd edib.
Rusiyanın amansız müharibəsinin dünyanın yoxsulları üçün də nəticələrinin olduğunu bildirən Berbok Rusiyanın qlobal aclığı daha da artırdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.