Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, Sergey Şoyqu Rusiya ordusunun yüksək rütbəli komandirləri ilə videokonfrans vasitəsilə görüş keçirib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sergey Şoyqu Ukraynadakı müharibədə Rusiya ordusunun bütün təmas xətlərində fəal olduğunu söyləyib.
Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun əks-hücumlarına toxunaraq deyib: "Kiyev rejimi 3 aydır ki, böyük itkilərə baxmayaraq, əks-hücum həyata keçirməyə çalışır. Ukrayna ordusu heç bir istiqamətdə öz məqsədinə nail olmayıb. Ukrayna administrasiyası ümidsizcəsinə Qərbdən daha çox hərbi və iqtisadi yardım istəmək üçün hücumlarda uğur əldə etdiyini göstərməyə çalışır''.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.