AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ECCAS Qabonun konstitusiya quruluşuna qayıdana qədər üzvlüyünü dayandırıb - MAR

  • + A
  • - A
  • 5-09-2023, 18:25

    ECCAS Qabonun konstitusiya quruluşuna qayıdana qədər üzvlüyünü dayandırıb -


    Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) Qabonun konstitusiya quruluşuna qayıdana qədər üzvlüyünü dayandırdığını açıqlayıb.

    Yerli mətbuatın məlumatına görə, ECCAS ölkələrinin liderləri avqustun 30-da Qabondakı çevriliş gündəmi ilə Ekvatorial Qvineyada yığıncaq ər.

    Zirvə toplantısında qəbul edilən qərarla Qabonun ECCAS üzvlüyü konstitusiya quruluşuna qayıdana qədər dayandırılıb.

    Qeyd edək ki, mərkəzi qərargahı Qabonun paytaxtı Librevildə yerləşən ECCAS 1983-cü ildə yaradılıb.

    ECCAS üzvlərinə Anqola, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, San-Tome və Prinsipi, Ekvatorial Qvineya, Qabon və Ruanda daxildir.TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR