“Mersedes-Benz Special Trucks” şirkəti Ukrayna Müdafiə Nazirliyinə 100-dən çox “Zetros” yolsuzluq yük avtomobili verib.
Azadmedia.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Belə ki, “Təchizata hərbi dəstək və maddi-texniki təminat məsələlərinin həlli üçün bir sıra nəqliyyat vasitələri daxildir. Ukrayna Silahlı Qüvvələri etibarlı yük maşınları ilə əməliyyat təchizatı və müdafiə imkanlarını genişləndirmək istəyir”, - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.