Rusiya qazından tamamilə imtina etmək qeyri-mümkün missiyadır.
Azadmedia.az xəbər verir ki, bu sözləri Avrokomissiya sədrinin müavini Maroş Şefçoviç deyib.
Belə ki, “Ötən il Rusiyada qaz idxalını 150 milyard kubmetrdən 80 milyard kubmetrə qədər azaltdıq. Bu il isə bu rəqəm, mayeləşdirilmiş təbii qaz da daxil olmaqla, cəmi 40 milyard kubmetr olacaq. Ona görə də deyə bilərəm ki, rus qazından tam imtina hələ ki, qeyri-mümkündür”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.