Ukrayna müdafiə nazirinin üç müavini istefa verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko sosial şəbəkələrdə məlumat verib.
Belə ki, onun sözlərinə görə, müdafiə nazirinin müavini Vladimir Qavrilov, müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa və müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Andrey Şevçenko istefa verib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Aleksey Reznikovun istefasını təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.