Ukrayna Ali Radası Rüstəm Umerovun müdafiə naziri postuna təyin olunmasını təsdiq edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Belə ki, məlumata görə, səsvermə zamanı 338 deputat Umerovun təyinatının lehinə səs verib.
Qeyd edək ki, sentyabrın 4-də Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatar türkü Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.