Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qobustanda Şəhid gizir Vəliyev Elyarın yaşadığı evdən qəbristanlıqda məzarına qədər gedən yola asfalt örtüyü döşənib.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyi Saleh Məmmədovun təşəbbüsü ilə 4 N-li Magistral Yolların İstismarı MMC-nin texnikası və briqadası vasitəsilə Qobustan rayonu Sədəf kəndinin Şəhidi Vətən müharibəsi qəhrəmanı, gizir Vəliyev Elyar Arif oğlunun yaşadığı evdən məzarına qədər gedən 2,5 km yola asfalt örtüyü vurulub.
Qeyd edək ki, Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, AAYDA-da rəhbərliyi, 4 N-li Magistral Yolların İstismarı MMC-nin kollektivinə minnətdarlığını bildirib.