Cari sentyabr ayında İsrailin önəmli təşkilatları və xadimlərinin iştirak edəcəyi #IsraelisLoveIranians (İsraillilər iranlıları sevir) sosial media kampaniyası keçiriləcək.
Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.
Məlumata görə, bu kampaniya İran xalqını ölkənin molla rejiminə qarşı azadlıq mübarizəsində dəstəkləmək niyyəti ilə başlayır.
“İranlılar bizim düşmənimiz deyil, hər yerdə zorakılıq və terror yayan öz hökumətlərinə qarşı mübarizədə bizim müttəfiqimizdirlər. Biz israillilər olaraq qürurla İran xalqının yanındayıq”, - deyə hərəkatın həmtəsisçisi Emili Şredyer qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.