Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan xüsusi təyinatlı qüvvələrinin ləğv olunması haqqında sərəncam imzalayıb.
Bu barədə Suverenlik Şurasından verilən bəyanatda bildirilib.
Bəyanatda bildirilib ki, fərman xüsusi təyinatlı qüvvələrin dövlətə qarşı üsyan qaldırdığı, vətəndaşlara qarşı kobud qanun pozuntularına yol verdiyi və ölkənin infrastrukturuna qəsdən ziyan vurduğu üçün verilib.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda xüsusi təyinatlı qüvvələrinin Darfurda zülm, etnik zəmində qətl, talan kimi insan haqları pozuntularına yol verdiyini bildirib.
Bildirilib ki, ABŞ Dövlət Departamenti bu cinayətlərə görə xüsusi təyinatlı qüvvələrin Qərbi Darfurdakı komandiri Əbdürrəhman Cumaya viza məhdudiyyəti tətbiq etmək qərarına gəlib.
ABŞ Maliyyə Nazirliyinin xüsusi təyinatlı qüvvələrin 2-ci komandiri Abdurrahim Hamdan Dağaluna sanksiya tətbiq etdiyi bildirilib.
Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhdid olaraq gördüyü xüsusi təyinatlı qüvvələrini 2 il ərzində orduya tam inteqrasiya edilməsini istəyirdi.
Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasındakı gərginlik 2023-cü ilin 15 aprel tarixində silahlı qarşıdurmaya çevrildi.
Toqquşmalar nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla üç mindən çox adam həlak oldu, on minlərlə adam yaralandı.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Sudandakı münaqişə səbəbindən 4,3 milyondan çox insan yurd-yuvalarından didərgin düşüb.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.